|
YAP Lənkəran Şəhər Təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə Şəhər Təşkilatının qərərgahında Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 41-ci ildönümünün qeyd olunması ilə bağlı dəyirmi-masa keçirilmişdir 14-07-2010
14 iyul 2010-cu il tarixdə YAP Lənkəran Şəhər Təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə Şəhər Təşkilatının qərərgahında Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gəlişinin 41-ci ildönümünün qeyd olunması ilə bağlı dəyirmi-masa keçirilmişdir. Rayonun ictimai fəal gənclərinin iştirak etdiyi dəyirmi- masada dünya şöhrətli dövlət və siyasi xadim, böyük vətənpərvər şəxsiyyət Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin tarixi irsi barədə ətraflı söhbət aparılmış, onun xalqımız qarşısında göstərdiyi əvəzsiz xidmətləri qeyd olynmuşdur.
Back
|