Axtarış Ana səhifəE-mail  

Xəbərlər

  Русская версия   English version

Xəbərlər

Heydər Əliyev xatirə müzeyində Ümummilli Liderin siyasi hakimiyyətə gəlişinin 41-ci ildönümünün qeyd olunması ilə bağlı “Nəsillərin görüşü” adlı tədbir keçirilmişdir
14-07-2010

14 iyul 2010-cu il tarixdə Lənkəran şəhərində  Heydər Əliyev xatirə müzeyində Ümummilli Liderin  1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gəlişinin 41-ci ildönümünün qeyd olunması ilə bağlı “Nəsillərin görüşü” adlı tədbir keçirilmişdir.

   Görüşdə müxtəlif yaş qruplarını təmsil edən müharibə, əmək,  partiya  və sovet veteranları, gənclər- cəmi 80 nəfər iştirak edib. Görüşü açıq elan edən Lənkəran ŞİH Başçısı aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri  Əlimərdan Əliyev Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin 1969-2003-cü illər ərzindəki fəaliyyəti barədə geniş məruzə etmişdir.

    Partiya, sovet veteranı Sərhad Məmmədov, Mədəniyyət işçisi Siddiqə Rzayeva, rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, Lənkəran Dövlət Universitetinin dosenti Mirhaşım Talışlı çıxış edib Ulu Öndərin Azərbaycan  xalqı qarşısında tarixi xidmətlərindən, xüsusilə Lənkəran rayonunun sosial-iqtisadi inkişafından ötrü gördüyü misilsiz işlərindən  danışıblar.

   Görüşün sonunda  Heydər Əlievlə bağlı film-xronika nümayiş etdirilmişdir.



Geri


Foto Qalereya

daxil ol

Lənkəranın tarixi

    Lənkəran Azərbaycanın cox qədim yaşayış məskənlərindən biridir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tünc dövründən, yəni eramızdan əvvəl III-II minilliklərdə insanların yaşadığını təsdiq etmişdir. Əlverişli iqti ...

daxil ol
 

Lənkəran İcra Hakimiyyəti rəsmi veb səhifəsi
Copyright © 2007 Bütün hüquqları qorunur

Digital Stream