Search Home pageE-mail  

News

  Azərbaycan versiyası   Русская версия

News

Prezident İlham Əliyev “Palfood” MMC-nin dondurma fabrikinin açılışında iştirak etmişdir
26-06-2010

Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində “Palmali Holdinq” şirkətlər qrupuna daxil olan “Palfood” MMC-nin dondurma fabrikinin açılışında iştirak etmişdir.

Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu.

Məlumat verildi ki, “Palfood” MMC dondurma fabrikinin tikintisinə 2008-ci ildə başlamış, ötən ilin sonlarında isə “Paldad” markası ilə dondurma istehsalına başlanılmışdır. Lənkəran şəhərinin Ləvəngi dairəsində yerləşənfabrikin ümumi sahəsi 20 min kvadratmetrdir. Müəssisədə 120 nəfər işlə təmin olunmuşdur. Burada keyfiyyətli süddən istifadə edilməklə “Türk üsulu”, “Palegriya”, “Buz qələm” və digər adlarda 28 çeşiddə dondurma istehsal olunur. Beynəlxalq İSO 22000 qida təhlükəsizliyi idarə sistemi çərçivəsində xam məhsulun emalından son qablaşdırmayadək dondurma ən yüksək səviyyədə əl vurulmadan hazırlanır. Fabrik ayda 500 min litr dondurma istehsal etmək gücünə malikdir.

Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basdı. Məlumat verildi ki, hazır məsul mənfi 30 dərəcədə olan soyuducu anbara göndərilir. 720 kvadratmetr sahədə tikilən soyuducu anbarda 250 ton qablaşdırılmış dondurma saxlanılır. Dondurma sexinin investisiya dəyəri 15 milyon manatdır. Ən son texnologiya ilə qurulan zavoda avadanlıq Danimarkadan gətirilmişdir. Dondurmanın qabları isə Türkiyə istehsalıdır. Hazırda Azərbaycan bazarı ilə yanaşı, “Paldad” dondurmalarının Türkiyə, Gürcüstan, Özbəkistan və digər dövlətlərə ixracı istiqamətində danışıqlar aparılır.

Prezident İlham Əliyev müəssisənin məhsullarının nümunələrinə və dadına baxdı, kollektivi təbrik etdi.

 

AzərTAc

 

 

 

 



Back


Photo Gallery

enter

History of Lankaran

  Lankaran is one of the ancient settlements of Azerbaijan. Archeological excavations corroborated the fact that people lived here in III-II millennium BC, in Bronze Age. The favorable position, the attractive nature, communication between powerful countries of Ancient World, presence of main caravan roads of East ...

enter
 

The official web page of Executive Power of Lankaran
Copyright © 2007 All rights reserved

Digital Stream